Təsvir
Haqqında: Heç şübhəsiz ki, İslam alimləri hamılıqla İslam dininin əsas mənbələri kimi Qurani-Kərim və onun izahları olan səhih hədisləri qəbul edirlər. Qurani-Kərim dinin özəyidir. Dinlə əlaqəli bütün məlumatların mənbəyi bilavasitə və dolayı şəkildə Qurana əsaslanır. Bu baxımdan Hz. Peyğəmbərin (s.ə.s) dinlə əlaqəli izahları da Quran mənşəlidir. Onun izahları əgər Qurani-Kərimin məğzinə təzad təşkil edərsə, dərhal Allah tərəfindən xəbərdarlıq edilərək düzəldilmişdir. Bunun isbatı kimi Qurandakı itab (xəbərdarlıq) ayələrini göstərə bilərik.









