Açıqlama
Həyat bir hekayə kimidir. Nə qədər uzun olduğu deyil, nə qədər gözəl olduğu önəmlidir. Hər birimizin nağıl kimi həyatı, roman kimi yaşadıqları, dinləməyə doymadığımız hekayələri var. Hər hekayə bir sözlə başlayar, sözlə güclənər, sözlə bitər. Bir hekayədə yer alan sözlər birləşib güc yaradar. Təsirli duyğuya, dərin düşüncəyə və güclü motivasiya qaynağına çevrilər. Bəzən dinləyənin gözündə bir damla yaş, bəzən zehnində çaxan bir ildırım, bəzən də qollarında güc olar.