Açıqlama

Əlinizdəki əsər hafiz, müəllim Elgün Quliyevin əziz xa­tirəsini əbədiləşdirmək və gələcək nəsillərə stimul təşkil etmək məqsədi ilə tərtib edilmişdir. Əsər şəhdilik haqqında ümumi məlumat verən “Giriş” bölməsi ilə başlayır. Hafiz şəhidimizin “Şamaxı batalyonu” adını verdiyi gündəliyi birinci bölmədə öz yerini alarkən, onun haqqında ailə üzvləri, müəllimləri, hafiz dostları, iş və əsgər yoldaşlarının səmimi xatirələrinin yer aldığı ikinci bölmə ilə davam edir. Kitab şəhidliklə əlaqəli ayələr, hədislər, şeirlərlə yekunlaşmışdır.