Təsvir
Dr. İslam Musayev , İslamda təhsil təlim tərbiyə
haqqında: Əsrlər keçmiş, bəşəriyyətin tarixində, düşün cə sin də, yeni liklər, dəyişiklər olmuşdur. Belə olan təq dirdə, əxlaq anlayışı da inkişaf etmiş, forma və məzmunca dəyişmiş, təlim-tərbiyəyə yeni nəzərlərlə baxılmağa başlanmışdır. Çünki hər dövrün öz hökmü, öz tələbatı vardır. Uzun illər, əsrlər ötməsinə baxmayaraq, İslamın təhsil-tərbiyə haqqında, insanın inkişafı, mənəviyyatının for malaşması ilə bağlı səsləndirdiyi fikirlər müasir zəmanəmizdə də öz dəyərini qoruyub saxlamışdır. Əsrlər ötsə də, öz effektivliyini itirməmiş, nəsillərin həyat yolu nu həmişə işıqlandırmış və işıqlandırmaqdadır. Bu gün pedaqoji sahədə araşdırmalar aparan elm adamları tədqiqatlarında nəzərdən keçirdikləri problem baxımından İslam dininin təhsil, təlim və tərbiyə haqqında ortaya qoyduğu anlayışlardan zəngin materyallar əldə edə bilirlər.









