Açıqlama

Kitab haqqında: Allah-Təala könül ərlərini: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”, – deyə tanıdır.
Allah Rəsulu onlardan: “Üzlərinə baxanlara Allahı xatırladırlar”, – deyə bəhs edir. Allah dostları Rəsulullahın mənəvi varisləridir. Olduğu kimi görünən, göründüyü kimi olan Haqq dostlarıdır. Nəfslərinin arzularını tərk edən, Uca Mövlanı seçən igidlərdir. Gecə yuxusunu, gündüz, dünyəvi qorxuları görməzdən gələn abidlərdir. Allah və Rəsulunun əxlaqı ilə əxlaqlanmış nümunəvi şəxsiyyətlərdir.