Açıqlama

Hər bir möminin ən böyük dərdi son nəfəsi müsəlman kimi verə bilməkdir. Müsəlman kimi ölənlər son nəfəsi müsəlman kimi verə bilənlərdir. Müsəlman qəlbi İslama görə şəkillənən könüldür. Əlimizə götürüb “Ey insanlar, baxın, bu­rada sizin əleyhinizə heç nə yoxdur”, deyə biləcəyimiz qədər pak və şəffafdır. Məhz bu könül Allah-Təalanın hüzuruna aparılacaq ən gözəl hədiyyədir. Çünki bu könül “Onun camal əsmasının daim təcəllisi altında olan, nurlanmış, cilalanmış, saf və zərif bir güzgüdür”.
İncitməyən, inciməyən və etdiyi yaxşılığın qarşılığını heç kimdən gözləməyən o könül həssaslığına sahib olmaq yaşadığımız “müasir cahiliyyə” çağında qızmar qoru əldə tutmaq qədər çətindir.