Açıqlama

Hər bir bəndə asanlıqla dərk edər ki, dünya qayəsiz yaradılmayıb, həyat boş yerə və öz başına bir axına buraxılmayıb. Onun üçün bəşəriyyətə Haqq qatından daim peyğəmbərlər vasitəsilə ilahi qanunlar, ilahi hökmlər göndərilib və belə buyurulub:
“Ey insanlar! Budur, gedəcəyiniz siratimüstəqim”.
Qısaca “dini-mübin”, yaxud “İslam” adlandırılan bu ilahi qanunlar, heç şübhəsiz, əbədi hidayət, rəhmət və mərhəmət yolunda bütün insanları qəflətdən oyadan, fanidən əbədi səadətlərə qovuşduran bir lütfdür.