Açıqlama

“Bütün yaxşı işlərin açarı” kimi göstərilən təfəkkür, insan üçün saleh əməllərin qapılarını açar. Alimlər bildirir ki, elm və sirlər təfəkkür sayəsində əldə edilə bilər. Bu mənada Quranı təfəkkür etmək bütün təfəkkürləri ehtiva edir. Quranı təfəkkür edən insan, üzərində düşündüyü mövzuda fikrini cəmləşdirərək işin əhəmiyyətini qavrayar. Əldə etdiyi şüurla həyatını Allah rizası istiqamətində formalaşdırar. Beləliklə də, Quran onun dirilməsinə vəsilə olar.
Qurani-Kərimdə Allah-Təala belə buyurur:
Sənə bu mübarək Kitabı, ağıl sahibləri ondakı ayələri düşünsün və öyüd alsınlar deyə nazil etdik.
Həzrət Peyğəmbərin (s.ə.s) xəbər verdiyinə görə, “Allaha yaxın insanlar, Qurana yaxın olanlardır”. Qurana yaxınlıq isə onu oxumaq, anlamağa cəhd etmək, ayələri üzərində düşünmək, onları tətbiq etmək və təbliğlə mümkündür.