Ən Gözəl Müəllim

5.00 AZN

Müəllif :

Prof. Dr. Ömer Çelik

Doç. Dr. Mustafa Öztürk

Dr. Murat Kaya

Səhifə : 168

Ölçüləri: 19.5 x 13.5
ISBN : 978-9952-8136-8-5

Kod   : 324-041

 

Qullarını İslamla şərəfləndirən və Hz. Muhammədi (s.ə.s) xüsusi tərbiyəsində yetişdirərək bizlərə müəllim və tərbiyəçi olaraq göndərən Uca Allaha həmd-sənalar olsun.

Allah-Təala nümunə alacağımız şəxs olaraq bizlərə “ən gözəl nümunə” kimi Hz. Peyğəmbəri (s.ə.s) təqdim etmişdir.

Hz. Peyğəmbər yetimlik, kasıblıq, çobanlıq, tacirlik və dövlət rəisliyi kimi ən alt səviyyədən ən üst səviyyəyə qədər cəmiyyətin bir fərdi olaraq təbii bir həyat yaşamışdır. İctimaiyyətlə və insanlarla olan bu bərabərliyini onun həyatının hər sahəsində görmək mümkündür. Peyğəmbər, dövlət rəhbəri, lider, komandir, hakim, tərbiyəçi, tacir, ailə başçısı və dost olaraq bütün maddi və mənəvi yönləri ilə insanlara nümunə olacaq davranışlar sərgiləmişdir. Mənbələrdə onun söylədiyi hər söz, etdiyi hər davranış incəliyinə qədər izah edilmişdir.