Açıqlama

Ailə iki insanın bir-birini sınaması üçün deyil, xoşbəxt etsin deyə qurulur. Ailə sevginin öyrənildiyi ilk yerdir. Sevgi, hörmət və qayğı kimi insanlıq üçün çox yüksək və mənalı olan duyğular dünyaya gəldiyimiz anda mövcud olmur. İnsan gözlərini dünyaya açdıqdan sonra yaşayıb görərək bu hissləri öyrənir, digər canlılarda da bu gözəl emosiyaları göstərir. Körpəsini qucağına alan bir ana sevməyin və sevilməyin ilk dərslərini verir. Belə bir mühitdə böyüyən uşaq yeməkdən, içməkdən, oyundan zövq aldığı kimi sevildiyini bilməkdən də zövq alır, xoşbəxt olaraq stresdən və gərginlikdən uzaq olur.