Açıqlama

Haqq-Təala hər xüsusda Hz. Peyğəmbəri bizə “üsveyi-həsənə / misilsiz nümunəvi şəxsiyyət” qıldığı kimi ailə həyatı xüsusunda da Onun ən gözəl nümunə olduğunu göstərmişdir. Ona görə zəmanəmizdə ruhi böhranlarla sarsılan ailə müsəssisəmizin canlanması və abad olması da abidə şəxsiyyətlər yetişdirən Peyğəmbər (s.ə.s)-in müstəsna ailə həyatından nümunə götürməklə mümkündür. Ən gözəl və ən doğru örnəkləri yalnız Onda görə bilərik. Ər-arvad arasındakı münasibətlərdə ruhaniyyət, məhəbbət və müvazinət, eləcə də ailədə yetişən övladların mükəmməl tərbiyə alaraq sağlam çinar kimi boy atmasının yeganə sirri yalnız Odur.