Həyata Yolçuluq

8.00 AZN

Həyata Yolçuluq
Adem Şahin

Səhifə : 176
Ölçüləri : 21 x 13.5
ISBN : 978-9952-8102-3-3
Kod   : 324-057

Açıqlama

On yeddi ildir nəşr olunan “İrfan”ın hər sayında onun öz dəsti-xətti ilə qələmə aldığı bir-birindən gözəl məqalələri “həyata yolçuluq” edən oxucuya yoldaş, həmdəm və sirdaş olmağa davam edir. Heç bir tətilin, xəstəlik və yaxından yaşadığı ölüm müsibətinin belə mane ola bilmədiyi yazılarının hər ay vaxtından əvvəl redaksiyamıza göndərilməsi də yazarın Azərbaycan oxucusuna məhəbbətindən və bu sevginin tələb etdiyi məsuliyyətindən qaynaqlanır. “İrfan” arxivinə baxanlar onun ilk nömrəsindən etibarən bugünkü sayına qədər hər ay sətir aralarına qəlbini də qoyaraq bizə göndərdiyi yazılarını görə bilərlər. Yeri gəlmişkən sadəcə baş redaktorun, yəni bu sətirlərin yazarının unutqanlığı səbəbi ilə 64-cü sayımızın bundan müstəsna olduğunu etiraf edərək üzrxahlıq etməyi də özümə borc bilirəm. “Görünən dağ bələdçi istəməz” deyiblər. Madam, dağ göründü, bələdçi aradan çəkilsin. Sizi “Həyata Yolçuluq” kitabının qanadlarında yeni dünyalara, eşqin və qulluğun üfüqlərinə dəvət edirəm.