Açıqlama

Müəllif : Kamran Məmmədov

Kod: IPK24

Səhifə : 184
Ölçüləri :19.5×27.5
ISBN : 978-9952-8297-7-8

Əqaid haqqında məlumat, əqaidin tərifi, mövzu və məqsədi, metodu, İslami elmlər arasındakı yeri və mənbələri qeyd edilmişdir. İman və küfr haqqında məlumat verilərək necə iman edilməsinə, imanı poza biləcək hansı davranışlardan çəkinmək lazım olduğuna və zəmanəmizdə insanların bir-birilərini yerli-yersiz imansızlıqla günahlandırmağın təhlükələrinə toxunulmuşdur. Allaha iman, Onun mübarək isim və sifətlərindən ruhani varlıqlar, mələklər, cinlər və Adəm oğlunun əzəli düşməni olan şeytan haqqında məlumat verilərək, onlardan qorunma yollarına diqqət çəkilmişdir. Eyni zamanda, Tövrat, Zəbur, İncil və Quran haqqında məlumat verilərək, Qurandan başqa müqəddəs kitabların əvvəlki və bugünkü vəziyyətindən bəhs edilmişdir. Peyğəmbərlik müəssisəsi və onunla bağlı olan vəhy, möcüzə, peyğəmbərlərin sayı və dərəcələri, peyğəmbərlərdən başqa, Allahın saleh qullarına verilən bəzi xariqüladə hadisələr, axirətə iman, ölüm, qəbir, qiyamət , qiyamətin kiçik və böyük əlamətləri, məhşər, mizan və hesab, qədər və qəzaya iman, iradə, təvəkkül, ruzi və əcəl də bu fəsildə ələ alınan məsələlərdəndir.