Açıqlama

Həyat hər insana bir dəfəyə məxsus verilən böyük bir fürsətdir. “Allahdan gəlmişik, yenə Allaha qayıdacağıq” inancı ilə yaşayırıq bu dünyada. Çalışırıq elə yaşayaq ki, Allaha qayıdarkən üzü qara yox, üzü ağ olaq.

Bir insan sevdiyi, sayğı göstərdiyi bir insana onun yaxşılığı üçün necə ürəyindən keçənləri tövsiyə edirsə, bu yolda Allah-Təala bizə də sevidiyimiz sizlərə ürəyimizdən keçənləri söyləməklə birlikdə yazmaq imkanı da nəsib etdi.