Haqqımızda

İpəkyolu Nəşriyyatı 2005-ci ildən fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk günündən etibarən milli mədəniyyəti, çağdaş ədəbiyyatı, humanitar-elmi düşüncəni inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq üçün xeyli işlər görmüşdür. Nəşriyyatımızın əsas məqsədi öz dilinə, dininə, imanına, xalqına, torpağına, dövlətinə, bayrağına bağlı milli-mənəvi şüurun formalaşması istiqamətində qiymətli əsərləri oxucuya təqdim etməkdir.
Nəşriyyat olaraq inamımızdan, dinimizdən uzaqlaşmamaq və bu mənbələrimizdən istifadə edərək gələcəyimizi qurmaq istiqamətində xeyli əsərlər nəşr etmişik. İndiyə kimi 500-dən artıq kitabımız işıq üzü görüb. Xalqımıza təqdim olunan bu kitablar oxucuların böyük maraq və rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq da İPƏKYOLU nəşriyyatı hər il keçirilən kitab sərgilərində iştirak edir və onlarla mükafata layiq görülmüşdür.
Bugünə kimi nəşr etdiyimiz kitablar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin razılığı əsasında çap edilmişdir.

MENU