Açıqlama

Məşhur bir rəssam Allah-Təalanın xəlq etdiyi bu aləmdən bəzi mənzərələri rəsm tablosunda əks etdirər. Onu seyr etmək üçün sərgilər açılar, insanlar həmin əsəri görmək üçün rəsm qalereyalarına axın edər, bu kimi tablolara böyük məbləğdə sərvət ödəyərlər. Rəssamı “böyük sənətkar” kimi qələmə verərlər.

Halbuki əsl sənətkar rəssamı da yaradan, onun bu rəsmləri çəkərkən baxdığı həqiqi mənzərələri də yaradan Allahın ilahi əzəmət və qüdrəti idi. Əsl sənətkar insanı və Allah Rəsulunu yaradan uca Xaliqimizdir.