Açıqlama

Bu əsər, öyrənilməsi fərzi-ayn olan əsas dini bilikləri təqdim edən, Hənəfi məzhəbinə görə hazırlanmış bir “günlük həyat bələdçisi”dir. 15 yaş və üstü gənclər və yetişkinlər üçün hazırlanmışdır. Əsərdə nəzəri biliklərdən daha çox günlük həyatta tez-tez qarşımıza çıxan hallarda necə hərəkət etmək lazım olduğuna dair biliklərə öncəlik verilmişdir. Təfərrüata girməkdən xüsusilə uzaq durulmuş, lazım olan minimum səviyyədə bilgi verilməyə çalışılmışdır. Açıq, sadə, dəqiq və rahat başa düşülən bir dil işlətməyə çalışılmış, mətnin qısa parçalar halında təqdim edilməsi və vizuallarla verilən biliklərin dəstəklənməsi yolu ilə də verilən biliklərin rahat dərk edilməsinə şərait yaradılmışdır.