Çətinliklərə Təslim Olma!

8.00 AZN

Çətinliklərə Təslim Olma!
Dr. Eldar Kərimov
Səhifə : 136
Ölçüləri : 21 x 13.5
ISBN : 978-9952-8082-8-5
Kod        : 324-055

Açıqlama

Maddi inkişaf mənəvi inkişafla birlikdə olduğu zaman tamdır. Qanadlarından biri zədəli olan bir quş göylərdə çox qala bilmədiyi kimi, təktərəfli inkişaf edən insanların da uğur yolunda natamamlıq qaçınılmazdır. Modern dünyanın, demək olar ki, əsas tendensiyası kimi qəbul edilən fərdi inkişaf strategiyaları bu baxımdan dəyərləndirilməlidir.
Fərqli mədəniyyətlərin və düşüncə sistemlərinin yetiş dirdiyi insanların bizlərə təqdim etdikləri fərdi inkişaf kitabları daha çox tək tərəfli, eqo mərkəzli, ictimai yardımlaşmanı gözardı edən və milli-mənəvi dəyərlərə əhəmiyyət verməyən bir inkişaf strategiyası təqdim edir. Cəmiyyətimizdə daha çox yetişməkdə olan gənc nəslin oxuduğu bu kitablar dəyərlərimizə yad olan düşüncələri də istəristəməz şüurumuza inteqrasiya edir.