Din Xadiminin Cib Kitabı

6.00 AZN

Müəllif:

Heyət

Səhifə : 216

Ölçüləri: 11 x 18
ISBN : 978-9952-8112-5-5

Kod : 324-039

 

Bizi əşrəfi-məxluqat kimi yaradan, doğ ru yola yönəldərək hidayət verən, Peyğəmbərimizin (s.ə.s) sünnəsini yaşama şərə fini bəxş edən Aləmlərin Rəbbi, haqq hesab gününün hökmdarı olan Uca Allaha şü kürlər və həmd və səna olsun!

Ümməti olmaqla şərəfləndiyimiz əziz Peyğəmbərimizə salat və salam olsun!

Allahın kitabı Quran və Rəsulunun sünnəsi bəşəriyyət üçün bütün zaman və məkanlarda bir qurtuluş və hidayət rəhbəridir.

İslamı din olaraq seçib Allaha təslim olan hər bir müsəlman dünya və axirət sə adətini təmin edən həyat prinsiplərini, inanc dəyərlərini, uzaq durması lazım gələn hal və hərəkətləri, nələrin yaxşı və halal, nələrin pis və haram olduğunu, nələrin edil məsi və nələrin də edilməməsini Allahın göndərmiş olduğu iki sağlam qulp olan Quran və sünnədən öyrənməlidir.