Açıqlama
Yazar: Rüfət Şirinov
Kod: IPK06
Səhifə : 160
Ölçüləri : 13.5 x 19.5
ISBN : 978-605-9559-47-8
Qurani-Kərim ümumiyyətlə qısa və konkret hökmlər əhatə edir. Biz həmin hökmlərin tətbiqi formasını, izahlarını və detallarını Hz. Peyğəmbərin (s.ə.s) onları tətbiq etməsi və izah etməsi ilə anlaya bilirik. Hz. Peyğəmbər (s.ə.s) təkcə öy-rətmirdi eyni zamanda öyrətdiklərini həyatın bütün sahələrində tətbiq edirdi. Odur ki, İslam dinində hədis/sünnənin əhəmiyyəti əlavə bir dəyər kəsb edir. Yəni sünnə/hədislər dini bütövlüyün ayrılmaz parçasıdır. Məhz buna görə də tarix bo- yunca din əleyhdarları sünnəyə qarşı mübarizələr aparmışdır. Görkəmli İslam alimlərindən Abdullah ibn Deyləmi demişdir ki, “Mənə gəlib çatdığına görə din Sünnənin aradan qalxması ilə yox olacaqdır. Necə ki, kəndir iplərin bir-bir qopması ilə qırılırsa, din də bir-bir sünnə lərin tərk edilməsi ilə əldən çıxacaqdır”