Açıqlama

İnsanın cəmiyyətdə uğur qazanması və istədiklərinə nail ol­ma­sı özünü ifadə etməsinə bağlıdır. İnsan öz missiyasını və hə­dəf­lərini ətrafına anlada bildiyi qədər irəliləyə bilir. Bu fəaliyyət xitabət sənəti ilə birbaşa əlaqəlidir. Xitabət təlim-tədris prosesinin keyfiyyəti baxımından ən öndə gələn amillərdəndir. Çünki yazılan kitablar tək başına kifayət deyildir. Müəllimin və ya din xadiminin danışmasına, izahına da ehtiyac vardır.
Şübhəsiz ki, nitqin düzgün, yerində və zamanında olması çox mühümdür. Bunun üçün natiqlik sənətinin incəliklərinin bi­lin­məsi zəruridir. Əgər natiq nitqini din adına edirsə, o zaman onun məsuliyyəti daha çoxdur. Bu baxımdan din adına çıxış edən natiqlərin daha həssas və daha əhatəli bilgiyə sahib olmaları lazımdır. Bu kitabda din xadimi olaraq fəaliyyət göstərmək istəyən hər bir elm tələbəsinin xitabətdə diqqət etməsi lazım olan əsas məqamlara diqqət çəkilmişdir.