Açıqlama
Gələcəyin təminatçıları olan gəncləri milli-mənəvi ruhda yetişdirmək hər kəsin borcudur. Gənclik xəzinədir. Xəzinəni faydalı şeylərlə doldurmaq əsas borcumuzdur.
Sahib çıxılmayan gənclik, əlbəttə ki, qərəzli və məkrli kəslər tərəfindən öz mənfəətləri yönündə şəkilləndiriləcəkdir. Odur ki, gənclərin maarifləndirilməsi, geniş və əhatəli düşünə bilməsi, özünü, əslini və tarixini tanıması üçün elmi və mədəni fəaliyyətlərin təşkil edilməsi labüddür.