Açıqlama

İnsanı digər məxluqatdan ayıran ən əsas amil ədəbdir. Odur ki, insan Allahın dərgahında nəzakət, ədəb, zərafət və təqvası ilə dəyər qazanır. İslam dininin insana qazandırmaq istədiyi ən ali dərəcə məhz ədəb və əxlaqla əldə edilir. Qurani-kərim insanın “əhsəni-təqvim” yəni ən gözəl şəkildə, kamil formada xəlq edildiyini bildirir. Bu dərəcəyə hər tərəfli mükəmməl olmaqla çatmaq mümkündür.