Description
Haqqında: Kitabda qədim tarixdə yoxa çıxmış bir qılıncdan bəhs edilir. Hər kəs qılıncın döyüş meydanında itirildiyini düşünür. Qılıncı tapmaqla ailəsinin adını bu ləkədən təmizləmək istəyən Turqut axtarış üçün Türkiyədən Azərbaycana gəlir. O, tarixin dərin qatlarına doğru yola çıxdığı sehrli və qorxulu səyahətdə tək deyil. Macəra həvəskarı olan balaca Rəşad da ona yol yoldaşı olur.
İtmiş qılıncı tapmaq heç də asan deyil. Qara qüvvələrin təmsilçisi addım-addım onları izləyir. Həyəcan dolu səyahətdə dostlar anlayırlar ki, məqsədlərinə nail olmaq üçün birlikdə hərəkət etmək lazımdır. Yoxsa hər an düşmənə məğlub ola bilərlər.










