Açıqlama

Müəllif : Aqil ƏLİYEV

Kod: IPK34

Səhifə : 176
Ölçüləri : 9 x 14
ISBN : 978-9952-8221-9-9

İslam, fikir, söz və hərəkət baxımından insanı ən gözəl şəkildə yoğurub kamala çatdıran və qaranlıqlardan nura çıxaran səadət günəşidir. Yəni o, alçaqda olanları yüksəldib zirvəyə qaldıran bir müəssisədir. Bir torpaq kimi, özünə təslim olan neçə-neçə çürük budaqları, gözləri, könülləri oxşayan əsrarəngiz güllər, bənövşələr, lalələr və zanbaqlara çevirmişdir. Bu baxımdan o, əbədiyyət yolçuluğunda qulları xüsrana düşürtmədən ilahi nemətlər məşhəri olan cənnətə sövq edici yeganə sirati-müstəqim və əbədi bir nemətdir.
İslam əqidəsi, yer üzündə həlak olmağa məhkum, pərişan insanlığa ilahi bir lütf olaraq endirilən bir həblullah yəni Allahın ipidir. Ona könül verənlər, fani olmaqdan sıyrılaraq ruhani üfüqlərin səyyahı olub maraca qədər yüksələr. Ölümsüzlər karvanına qatılar.