Açıqlama

Əbədi səfərə hazırlıq baxımından həyatın hər mərhələsi eyni deyil. Bunun ən bərəkətli mövsümü və belə demək mümkünsə, bahar fəsli, əlbəttə “gənclik”dir. Çünki gənclik çalışqanlıq, gümrahlıq, cəsarət, mətanət, həyəcan və güc mövsümüdür. Bu səbəblə də insan ömrünün ən əhəmiyyətli çağıdır.
Gənclərə xitab edən bu kitabın gənclərə ərməğan olmasını arzuladıq. İçərisində gənclərlə bağlı könlümüzdən keçən istəkləri müraciət formasında ifadə edərək onlarla bir könül bağı qurmağa çalışdıq.