Açıqlama

Yaxşı mömin haqqında üç cümləlik bir hədisi-şərif var. Hicri dördüncü əsrdən bu günə qədər bir çox İslam alimi bu hədisi yüzlərlə ayə və hədislə şərh etməyə çalışmışdır. Bu hədisi-şərifə görə, imanın altmış və ya yetmiş budağı var. Ən yuxarıdakı budaq “lə iləhə illəllah” demək, ən aşağıdakı budaq isə insanlara əziyyət verən şeyləri yoldan götürməkdir. Həya hissi də bu budaqlardan biridir. Əhməd ibn Hüseyn əl-Beyhəqi (vəfatı, 458/1066) bu Peyğəm bər gülünün yetmiş yeddi yarpağı olduğunu söyləmiş və o yarpaqları bir-bir açmaq məqsədilə “Şuabul-iman” adlı yeddi cildlik əsər qələmə almışdır. Bu qədər iri həcmli olmasa belə, bu sahədə başqa kitablar da yazılmışdır.