Açıqlama
Şəxsiyyət kodları-Enneaqram kitabı, doqquz nöqtə mənasına gələn enneaqram elmini izah edir və oxuculara bir insanın öz “tapmacasını” həll etmək üçün istifadə edə biləcəyi bir yol xəritəsini təqdim edir. Enneaqram Təsəvvüf mədəniyyətində və İslam düşüncəsində “9 nöqtə məlumatı”, “mənlik” həbsxanası, “mənlik naxışı”, “mənlik açarı və yaxud “ənə durbini”, “mənlik tərəzisi” deyə qeyd olunur. İnsanın içində yaşadığı öz “həbsxanasını” doğru və mənalı bir məntiqlə açıqlayan, bu “dustaqxanadan” xilas olmağın üsullarını öyrədən enneaqram elmindən fərd, ailə, cəmiyyət və bütün insanlıq faydalanmalıdır.
Öz psixologiyamızı, qabiliyyət və bacarığımızı, fərdi və ictimai münasibətlərimizin səbəblərini, iş həyatında, profesionallıqda və kariyer planlamalarında daha yaxşı məhsuldarlıq əldə etməyimizi, ailə həyatında fərdlərin birbirini doğru anlamağını, valideyn və uşaq arasındakı münasibətlərdə daha faydalı və əlverişli bir yol tapmağı və bunlara bənzər bir çox məsələdə enneaqram elmi yolumuza işıq tutur.
Şəxsiyyət kodları-Enneaqram kitabı, “özünü kəşf səyahətinin” macəralı yollarında mənliyimizi tapmaq üçün böyük fürsətdir. Özümüzü enneaqram elmi vasitəsiylə araşdırıb tanıdıqdan sonra başqalarının xarakterini, şəxsiyyətini anlamaq, dövrümüzdəki əsas müsibətlərdən sayılan mərhəmətsizlik, zülm, nifrət və bənzər mənfiliklərin, hörmət, qayğı, sevgi və mərhəmətə çevrilməsi yolunda önəmli bir vasitə olacağına inanırıq.