Açıqlama

Sərdar müəllim danışmağa başladı:
-Müharibənin bütün dəhşəti ilə davam etdiyi illər idi. Düşmən addım-addım irəliləyirdi. Kəndin kişiləri cəbhəyə getmişdi. Kənd­də sadəcə qadınlar, uşaqlar və qocalar qalmışdı. Nəhayət, qorxulan olmuş, düşmən kəndə gəlmişdi. Hamını kənd meydanında toplayaraq əziyyət verməyə başlamışdılar. O illərdə baban hələ kiçik uşaq imiş. Düşməni də ilk dəfə bu qədər yaxından görürmüş.
Düşmən komandiri Qurani-Kərimi əlinə götürüb:
-Bumu sizi xilas edəcək, – deyib ayağının altına atmaq istəmişdi. Hər şey məhz həmin vaxt baş vermişdi. Baban ox kimi yerindən sıçrayaraq komandirin üstünə tullanır, Quranı onun əlindən alır. Sonra da çaya doğru qaçmağa başlayır. Bundan sonra camaat qadınlar və qocalar olmasına baxmayaraq, düşmənə hücum edir.