Açıqlama
Müəllif : Əziz Sultanov
Kod: IPK48
Səhifə : 56
Ölçüləri : 21.5 x 15
ISBN : 978-9952-449-02-0
Əfqanıstanın Bəlx şəhərində anadan olmuşdur. Ancaq orada çox yaşamadı. Həyatının əsas hissəsini Konyada keçirdi. Mövlana tanınmış bir ailənin uşağı idi. Atası Muhəmməd Bəhaəddin Vələd ”Sultanul-uləma”, yəni alimlərin sultanı olaraq tanınmışdı. Kübrəvi təriqəti şeyxlərindəndir. Anası Bəlx əmiri Rüknəddinin qızı Möminə Xatundur. Ata tərəfindən soyu Hz. Əbu Bəkrə (r.a), ana tərəfindən isə Hz. Hüseynə (r.a) gedib çıxır. Mövlana belə bir ailənin uşağı olaraq 1207-ci il sentyabr ayının 30-da dünyaya göz açmışdır. Əsil adı Muhəmməd, ləqəbi isə Cəlaləddindir. O, hələ beş yaşında ikən Qurani-Kərim oxumağa başladı. Vaxtının çox hissəsini ən çox sevdiyi Qurani-Kərimi oxumaqla keçirərdi.