Açıqlama
Bəzi Adəmlər “Həyata yolçuluq” deyə yazsalar da əsl olan “Yolçuluqda həyat”dır. “Niyə?” deyə soruşsanız, sürünənlərdən qanadlılara, dördayaqlılardan qırxayaqlılara qədər hər canlı; otundan çinarına qədər hər bitki; ağıllısından dəlisinə qədər hər insan Allahın verdiyi həyata yolçuluq edir. Axıntı ilə gedən bir insan “Gedirəm”- deyə bilməz. Axıntıda sürüklənən ölü balıq isə getmiş sayılmaz.
124 min peyğəmbər və onların varisləri olan alimlər bizi qarışqaların belə bacardığı həyata yolçuluğa deyil, “Yolçuluqda həyat”a çağırırlar.