Description
Haqqında: Musa Yaqub ədəbi irsini ana təbiətin təxəyyül maketi də adlandırmaq olar. Yəni, təbiətdə mövcud olan, bitən, çiçəklənən, yeriyən, nəfəs alan həm canlı, həm də cansız hər yaradılış bu poeziyada əbədi yaşamaq hüququ qazanıb. Böyük şair dünənimizdən boylanıb bu günümüzə və gələcəyə ünvanlanan misralarıyla bəşər övladını dilindən, dinindən, irqindən asılı olmayaraq hamımızın yeganə evimiz olan bu dünyamızı göz bəbəyi kimi qorumağa çağırır.









